Qiyamçılar Türkiyənin məşhur "Doğan" Media Mərkəzinin binasına daxil olublar.
Mia.az CNN-Türk-ə istinadən xəbər verir ki, məlumatı canlı yayım zamanı aparıcı səsləndirib. O deyib ki, kanalın yerləşdiyi binanın həyətinə helikopter enib və daha sonra bir qrup əsgər zorla binaya giriblər.
CNN-Türk-ün aparıcısı bildirib ki, canlı yayım hər an kəsilə bilər…