Nəsimi rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd edilib.

Mia.az xəbər verir ki, bu gün münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra Nəsimi rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilib. Tədbiri İcra başçısı Asif Əsgərov açaraq dövlət qulluqçularını təbrik edib.

O bildirib ki, bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olub. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda mərhum prezident Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlayıb.

Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif olunublar.

Dövlət qulluqçularının peşə bayramı qeyd edilib