23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib
Mia.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, başçının müavinləri, aparatın işçiləri və rayonun digər qurumlarında çalışan dövlət qulluqçuları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibətilə bütün dövlət qulluqçularını təbrik edərək vurğulayıb ki, Azərbaycanda dövlət quruculuğu sahəsində əsaslı islahatlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır:
"Ölkə başçısı cənab İlham Əliyevin qayğısı ilə dövlət qulluğunda çalışan hər kəsin və onun ailə üzvlərinin yaxşı yaşayıb işləməsi üçün müvafiq şərait yaradılmışdır".
Dövlət qulluğu sahəsində kadr siyasətinin əsas prinsiplərindən, dövlət qulluqçularının cəmiyyətdəki yeri və rolundan, onların hüquq və vəzifələrindən söhbət açan natiq qeyd edib ki, bu insanlarının fəaliyyəti həmişə cəmiyyətin diqqət mərkəzində olur, onların hər bir addımı, hər bir hərəkəti sıravi vətəndaşlar tərəfindən diqqətlə izlənilir, bütövlükdə hər bir vətəndaş öz gündəlik həyatında rastlaşdığı problemlərin həllində onlara böyük ümidlər bəsləyir və onlar bu ümidləri mütləq doğrultmalıdırlar.
İcra başçısı deyib ki, bu gün də dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması Prezident İlham Əliyevin daim diqqətindədir və əlavə edib ki, Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Muradov Nadir Yədulla oğlu "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin dövlət qulluğunda çalışan bir neçə əməkdaşa fəxri fərman və hədiyyələr təqdim olunub.