İyunun 21–də Lənkəran şəhərində, Mərkəzi kitabxanasında «Əks-səda»Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi "Azərbaycan Multikulturalizm modeli-dünyada sülh, qardaşlıq və dözümlülük ideyasının yayılmasına töhvəmiz” adlı dəyirmi masa keçirilib.
Lənkəran rayon ictimayiyyətinin və ziyalılarının iştirak etdiyi dəyirmi masa Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan multikultrasiya modeli kimi: müxtəlif millətlərin cəmiyətə inteqrasiya məsələləri və bu günki mənəvi vəziyyətlərinin tədqiqi” layiəsini çərçivəsində baş tutub.
Tədbiri girş sözü ilə açan Lənkəran rayon İcra Hakimiyyətinin ictimai siyasi və humantar şöbəsinin müvini Aydın Məmmədov tədbir barədə ümumi məlumat verdi.
«Əks-səda»Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi sədri Sevinc Kərimova layhənin məqsədinin 2016-ci il Multukultualizm ilində dövlətdiyin gördüyü işlərə dəstək olmaq və bir ictimai təşkilat olaraq dövlətin aktual bildiyi mövzularda fəallıq göstərmək olduğunu bildirdi. Bunadan əvvəl Qusar rayonunda eyni mövzulu tədbir keçirdiklərini deyən təşkilat rəhbəri növbəti dəyirmi masaların müxtəlif xalqların kompakt yaşadığı daha 4 rayonda da baş tutacağını diqqətə çatdırdı. Onun sözlərinə görə, dəyirmi masalar vasitəsilə ölkəmizdə yaşayan etnik millətlərin və xalqların nümayəndələri ilə müzakirələr edirik, onların bu xüsusda fikir və düşüncələrini dinləyirik.
Tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Komitənin Lənkəran bölgəsi üzrə şöbənn məsləhətçisi Vüqar Şahbazov çıxışında "Multukulturalizm azərbaycançılıq məfkurəsinin tərkib hissəsidir” məzmununda çıxış edib.
İllahıyatçı alim Şamid Quliyev maraqlı çıxışında müxtəlif dinlərin hər birinin eyni məqsədə insanın aliliyi faktoruna köklədiyini diqqətə çatdıraraq islam dinində eləcə də qeyri islam dinlərin hər birinin dözümlülük və sülh təbliğ etməsini vurğuladı.
Lənkəran Dövlət Univeristetini baş müəllimi , tarix üzrə fəlsəfə doktoru, Kamal Mahmudov multukulturalizmin müxtəlif ölkələrdə qanun kimi qəbul edilməsi dönəmlərini yada saldı. Bu prossesin milli-mənəvi dəyərlərimizin təbliğində, sülh, tolerantlıq ideyalarının yayılmasında böyük bir təşəbüs kimi dəyərləndirdi. K. Abdullayev Bakı Beynəlxalq Multukuturalizm Mərkəzinin təşkil etdiyi qış və yay məktəblərində xarici tələbələrə Azərbaycan multukulturalizminin tanıdılmasının ölkəmizə qazandırdığı dostlar olduğunu xüsusi qeyd etdi.
Daha sonra Lənkəran rayon rus icmasından Karyagina Lidiya çıxış edərək öz hiss və təsüratını bölüşüdü: " Buradan 90-ci illərdə köçən qonum qonşularımız doğma yerlərimiz üçün bərk qəribsədiyin söyləyirlər. Biz öz vətənimizdə heç bir ayrı-seçkilik hiss etmirik əlbəttə. Dərdimiz, problemimiz hamısı eynidir; yağı düşmən torpaqlarımızdan rədd ol. Bayramlarımız bir-birimiz üçün əziz , qara günlərimizdə hamımızın yasıdır.”
Dəyirmi masa maraqlı fikir və müzakirələrlə başa çatdı.