"Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” Ictimayi Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Regionlarda şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarının məşğulluğunun artırılması və işsizliyinin aradan qaldırılması” layihəsi çərçivəsində növbəti tədbirini 17 iyun 2016-cı il tarixində Şəki şəhər, Mərkəzi Kitabxanada keçirib.
"Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” Ictimayi Birliyinin sədri-Layihə rəhbəri Məmmədhəsən Həsənov layihənin donoru, məqsədi haqqında məlumat verdi.
Tədbirdə Şəki şəhəri "Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin nümayəndəsi Əzizov Məmmədnuru, Şəki şəhəri Məşğulluq Mərkəzinin nümayəndəsi Nazlı Mövsümova, Şəki şəhəri 1№-li Peşə Məktəbinin nümayəndəsi Nihal Mustafayeva, Şəki şəhəri "Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin üzvləri və Qarabağ müharibəsi Veteranlarından Cəlilov Süleyman, Abdullayev Cavanşir və diğərləri iştirak etdilər.
Tədbir iştirakçılarından I qrup Qarabağ əlili Cəlilov Süleyman və Abdullayev Cavanşir ictmai müzakirədə fəal iştirak edərək, məsələnin aktuallığını qeyd etdilər. Onlar öz çıxışılarında bildirdilər ki, çox aktual bir mövzudur, əgər bu təkliflər paketi həyata keçirilərsə, Qarabağ əlillərinin sosial-iqtisadi durumunun yaxşılaşdırılmasında köməklik göstərəcəkdir.
Tədbirdə müvafiq qurumların nümayəndələri də sözü gedən layihəyəyə öz rəylərini bildirdilər. Müharibə Veteranı və şəhid ailələrinin məşğulluğunun artırılması məqsədilə xüsusi diqqətin ayrılması vurğulandı. Məşğulluq Mərkəzinin nümayəndəsi Nazlı Mövsümova həmçinin bildir ki, peşə kurslarının keçirilməsi ilə bağlı bizə müraciət etsinlər.
Tədbirin sonunda təkliflər paketinin ictimai müzakirəsi aparıldı.