"Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, 20 aprel 2016 – 20 avqust 2016 - cı il tarıxinə kimi "Qarabağ müharibəsi iştirakçılarının asudə vaxtlarının səmərəli təşkili” adlı layihəsində müharibə iştirakçılarının bölgələrdə keçirəcəyi ikinci turun növbəti vaxtı 25-26 iyun Şamaxı rayonuna təyin edildi. Turla bağlı hazırlıq işləri görüldü.
Layihənin direktoru, "Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova layihə haqqında məlumat verərək bildirdi ki, bu layihə daxilində Müharibə iştirakçıları olan əlil-veteranların asudə vaxtlarının səmərəli keçməsi üçün istirahəti zamanı onların 2 (iki) gün ərzində yataq, 3 (üç) dəfə yemək, çayla təmin etmək, reqionlarında olan tarixi abidələrdə, müzeylərdə,görümlü-baxımlı mənzərələrdə gəzintiləri təşkil etmək nəzərdə tutulub.
Keçirilən birinci və ikinci turun iştirakçıları olan əlil-veteranlar məmnun oldurlarını və belə Layihələrin davamlı olmasını təklif etdilər..
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və kollektivinə belə Layihəyə maddi dəstək olduqları üçün Müharibə iştirakçıları olan əlil-veteranları təşəkkürlərlərini bildirdilər. Ümidvarıq ki, Layihəni uğurla və layiqincə həyata keçirəcəyik.