Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2016–cı il 6 iyun tarixində təsdiq edilmiş istismar müddəti başa çatmış Ermənistan Respublikası ərazisində fəaliyyət göstərən Metsamor AES – in fəaliyyətinin dayandırılması məqsədilə başlanan "Stop Metsamor” kampaniyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi atom elektrik stansiyasının bağlanmasını tələb edən petisiyaya imzatoplama kampaniyasına start verilmişdir. 

Bu barədə Xeberlent.az saytına 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi Ətraf Mühitin Monitorinqi və Ekoloji Təbliğat sektorundan məlumat verilib. Sözügedən qurumun müdiri Vüsal İbrahimli saytımıza bildirdi ki, Ermənistanın paytaxtı İrəvan şəhərindən 40 km qərbdə Metsamor şəhərində yerləşən bu stansiyanın tikintisinə 1969–cu ildən başlanmışdır. 1977–ci ildə tikinti başa çatdıqdan sonra 30 il müddətinə Metsamor AES-ı istismara verilmişdir.1988–ci ildə baş vermiş Spitak zəlzələsinin episentri Metsamor stansiyasından 75 km aralıda idi. Zəlzələdən sonra böyük zərər görmüş stansiya bu vəziyyətdə 3 ay işlədilmiş və yerli əhalinin təzyiqindən sonra bağlanmışdır. Ermənistanın enerji ehtiyatının 40%-dən çoxunu ödəyən stansiyanın bağlanması Ermənistanda enerji böhranına səbəb olmuşdur. Bu böhrandan çıxmaq üçün beynəlxaq tənqidlərə baxmayaraq "Metsamor”-u yenidən açmağa qərar verən Ermənistan hökuməti 1994-cü ildə Rusiya ilə AES-in işə salınması üçün lazım olan maddi-texniki dəstəyi özündə ifadə edən bir anlaşma imzalandı və 1995 – ci ildən etibarən stansiya işə başladı.Yaxın ərazi üçün təhlükəli olan bir stansiyanın işə yenidən başlaması dünya ictimaiyyətini narahat etməyə bilməzdi. Buna görə dünya dövlətləri stansiyanın fəaliyyətinin dayandırılması üçün Ermənistana yardım etdilər. Edilən yardımlar vasitəsilə AES-in istismarını dayandırıb əvəvzində alternativ enerji qurguları tikilə bilərdi. ABŞ 18 milyon dollar, Avropa İttifaqı 11 milyon dollar, Fransa nüvə tullantılarının toplanması üçün 40 milyon dollar, İngiltərə təhlükəsizlik tədbirləri üçün 80 milyon funt sterlinq ayırmışdır. Bütün bu yardımlar AES-in tezliklə bağlanması öhdəliyinin yerinə yetirmək üçün edilirdi. Lakin Ermənistan bu yardımların az olduğunu bildirərək fantastik bir rəqəm – bir milyard avro tələb etmişdir.

Digər enerji növlərinə nisbətən atom enerjisinin xeyli ucuz başa gəlməsi ilk vaxtlar bəzi ölkələrin xüsusi marağına səbəb olmuşdur. Lakin son dövrlərdə baş verən hadisələr: iqtisadi baxımdan uğursuzluq yaşanması, radioaktiv tullantıların zərərsizləşdirilməsinin nəticəsizliyi, bir çox ölkənin başına bəla açan milyonlarla insanın həyatını təhlükə altına alan nüvə qəzaları və s. hadisələr atom enerjisinin o qədər də sərfəli olmadığını göstərdi.

Bildiyimiz kimi, XX əsrin ən dəhşətli faciələrindən biri Çernobıl fəlakəti istər şahidləri, istərsə də hadisə barədə eşitmiş insanları hələ də həyəcanlandırır. Çernobıl faciəsi zamanı partlayış zolağındakı reaktora daxil olan ilk jurnalistlərdən biri Vladimir Qubarev yazırdı ki, Çernobıl bir müharibədi. Faciədən 30 il keçməsinə

baxmayaraq, hələ də Çernoblın fəsadları və zərərləri sovuşmayıb, yaddaşlardan silinməyibdir. Çernobıl hadisəsi zamanı 7000 insan dünyasını dəyişmiş 25000 insan isə ömürlük şikəst olmuşdur. Hadisənin aradan qaldırılması üçün əraziyə 650000-dən çox insan cəlb olunmuşdur. Statistik məlumatlara əsasən, bir neçə il sonra insanların 10-15 mini, qeyri-rəsmi məlumatlara görə isə 100 mindən artıq insan dünyasını dəyişmişdir. Hal-hazırkı dövrdə də bir çox avropa ölkələrində Çernobıl faciəsinin fəsadları hələ də gündəmdədir.

Beynəxalq standartlara əsasən, 5 və daha çox şiddətdəki zəlzələnin başvermə ehtimalı olan bölgələrdə atom stansiyasının inşasına icazə verilməməlidir. Ermənistandakı AES isə SSRİ-nin dövründə inşası 8 bal gücündə zəlzələyə davamlı olaraq tikilmişdir, lakin stansiyanın yerləşdiyi ərazi 9 bal və daha çox riskli ərazidə yerləşir. Türkiyədən 16 km, İrandan 60 km uzaqlıqda, Azərbaycan və Gürcüstandan 120 km uzaqlıqda yerləşmiş Metsamor AES-i Cənubi Qafqaz və Avropa regionu üçün ən böyük təhlükələrdən biridir. Ermənistanın siyasi hakimiyyəti Metsamor AES-nin təhlükə saçan ömrünü 2016-cı ilə qədər uzadıblar. Hansı ki reaktorun istifadə müddəti 2001-ci ildə başa çatıb. Bütün bunlar azmış kimi, Ermənistan atom silahına sahib olduğunu iddia edir və Azərbaycanı bu silahla təhdid edir.

4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi Ətraf Mühitin Monitorinqi və Ekoloji Təbliğat sektorunun məsləhətçisi Cavad Məmmədli bilrir ki, növbəti dəfə mayın 23-də İstanbulda Dünya Humanitar Sammitində dövlət başçısı cənab prezident İlham Əliyev Ermənistandakı Metsamor AES-i barədə məlumat verərək qeyd edib ki, Ermənistanın radioaktiv tullantılarının qanunsuz istifadəsinə dair məlumatlar var. Sabiq Baş nazir, parlament üzvü və digər Ermənistan rəsmiləri bu ilin aprelində Ermənistanın " çirkli bomba” adlandırılan nüvə silahına malik olduğunu qeyd ediblər. Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır.