Bakıda bir neçə dəqiqə öncə marşrut avtobusu qəza törədib.
Suraxanı Rayon Polis İdarəsindən "Qafqazinfo”ya bildirilib ki, 160 saylı xətt avtobusu qəza törədib.
Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Ölənlərin olmadığı bildirilir. Hüquq-mühafizə orqanlarınən əməkdaşları hadisə yerində araşdırma aparır.
***
Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, hadisə zamanı xəsarət alan 11 nəfər Sabunçu rayon 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Yaralıların arasında vəziyyəti orta və ağır olanlar da var. Ölən yoxdur.