2016-cı ilin mart və aprel ayları ərzində aşağıda ixtisaslaşmış QHT qruplarının seçki yığıncaqları keçiriləcək.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.6-cı bəndinə və 4.8.7-1. yarımbəndinə uyğun olaraq, Şura üzvlüyünə yeni namizədlərin irəli sürülməsini təmin etmək üçün 2016-cı ilin mart və aprel ayları ərzində aşağıda qeyd olunan sahələr üzrə ixtisaslaşmış QHT qruplarının seçki yığıncaqları keçiriləcək:


• insan hüquqları və demokratiya;
• ailə, qadın və uşaq məsələləri ; 
• qaçqın, köçkün, əlil və veteranların məsələləri; 
• iqtisadi və sosial məsələlər; 
• təhsil, elm və mədəniyyət; 
• gənclər və vətənpərvərlik tərbiyəsi; 
• səhiyyə, sağlamlıq və ekologiya; 
• narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə.

Şura Katibliyi seçkilərin qanunvericiliyə uyğun şəkildə, şəffaf və ədalətli formada keçirilməsi üçün bütün zəruri hazırlıqların görüldüyünü bildirir.

Katiblik seçki prosesini izləmək üçün media qurumlarını 7 mart 2016-cı il tarixədək akreditədən keçməyə dəvət edir.

Ünvan: Fikrət Əmirov küçəsi 1.
Telefon: (+994) 12 493 17 80; 055 788 47 67. 
Elməddin Behbud