Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da Xocalı faciəsinin 24-cü ildönümü dərin ehtiramla yad edilib.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər, hərbi hissələrin şəxsi heyəti şəhərimizdə Azərbaycanlıların Soyqırımı Qurbanlarının Xatirəsinə ucaldılmış abidə-kompleksin önünə gələrək faciə qurbanlarının xatirəsini dərin hüznlə anıblar.

Əvvəlcə İcra başçısı Taleh Qaraşov abidə-kompleksin önünə tər qərənfillər qoydu, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq təzim edib.

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra rayonun fəal istedadlı gənclərinin ifasında "Bu qan yerdə qalan deyil!” adlı kompozisiya nümayiş etdirildi.

Sonda ümumrayon ziyarəti başlayıb.

Anım mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilib. Kinorejissor Vahid Mustafayevin "Xoca” bədii televiziya filminin nümayişi oldu. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının kollektivi, yerli strukturların rəhbərləri və ictimaiyyətin nümayəndələri filmə tamaşa etdilər.

Həmin gün Lənkəran Dövlət Universitetində, rayonun orta ixtisas və ümumtəhsil məktəblərində ilk dərslər Xocalı qətliamına həsr edildi, idarə və təşkilatlarda, qəsəbə və kəndlərdə anım mərasimləri, xatirə gecələri keçirilib.

Lənkəranda Xocalı şəhidləri dərin ehtiramla yad edildi
Lənkəranda Xocalı şəhidləri dərin ehtiramla yad edildi