iqtisadi inkizaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 1500-ə yaxın müraciət daxil olub

İqtisadi İnkişaf Nazirliyinin (İİN) səlahiyyətlərinə aid olan məsələlərlə bağlı vətəndaşların suallarının operativ və vaxtında cavablandırılması məqsədilə 2009-cu ilin 1 sentyabr tarixində nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi fəaliyyətə başlayıb.
Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ötən ilin 1 sentyabr tarixindən həmin ilin sonunadək Mərkəzə 1500-ə yaxın müraciət daxil olub. Bu müraciətlər əsasən, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, reklam fəaliyyəti, eləcə də İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid digər məsələlərlə bağlı olub.
Vətəndaşların sualları vaxtında cavablandırılır, şikayət xarakterli müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturu tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə araşdırılmış və nəticəsi barədə şikayətçiyə məlumat verilib.
DİGƏR XƏBƏRLƏR
2025-05-22 09:25
2025-05-21 17:00
2025-05-21 13:49
2025-05-21 09:52
2025-05-21 08:47
2025-05-20 23:56
2025-05-20 21:11