Türkiyə Futbol Federasiyasının (TFF) Hüquq şöbəsi Məsləhətçisi Trendyol Superliqasında 7  klubla bağlı daxil olan şikayətləri  Peşəkar Futbol İntizam Şurasına (PFDK) yönləndirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə TFF açıqlama yayıb.

Bildirilib ki, ntizam pozuntusuna yol verən "Samsunspor", "Bodrum FK", "Trabzonspor", "Qalatasaray", "Eyüpspor", "Alanyaspor" və "Beşiktaş"la bağlı məsələlər qarşıdakı günlərdə müzakirə çıxarılacaq: "İclasda "Sivasspor”un futbolçusu Murat Palulinin intizamsız davranışı, "Kasımpaşa" rəsmisi Serhat Sütlülünün "Başakşehir"in baş məşqçisi Çağdaş Atan tərəfindən təhqir olunması, “Qalatasaray” klubunun rəsmisi Ersan Zerenin idmana yaraşmayan hərəkəti və sair faktlara qiymət veriləcək"

Fərid ASLAN
MİA.AZ