"Çin və Hindistana neft satışı ilə bağlı məlumatları açıqlamaq istəmirik"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərinsualına cavabda deyib.

Peskovun sözlərinə gərə, enerji sektoru da daxil olmaqla, Hindistan və Çinlə əməkdaşlıq yüksək səviyyədə davam edir:

"İrandakı müharibə səbəbindən Rusiyanın enerji ehtiyatlarına tələbatın əhəmiyyətli dərəcədə artdığını görürük. Rusiya neft, təbii qaz və mayeləşdirilmiş qazın etibarlı təchizatçısıdır. Rusiya müqavilələr çərçivəsində tədarüklərə zəmanət verir".

Samir MUSAYEV

mia.az