Türkiyədə donuz ətinin şox yeyildiyi şəhərlərin adları açıqlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə rəsmi məlumatı Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi yayıb.

Bildirilib ki, "qida dələduzluğu"nun qarşısını almaq  məqsədiylə aparılan monitorinqlə zamanı “mal əti” etiketi ilə donuz əti satan 7 müəssisə müəyyənləşib: "Beləliklə, aydın olub ki, donuz əti satışını ən çox həyata keçirən iki müəssisə Bursa və Konyada yerləşir. Onlar şəhər əhalisinə illərdir donuz əti yedirir. Belə ki, yoxlamalarla müəyyən edilib ki, bəzi müəssisələr etiketlərində “mal əti” yazsa da, əslində, istehlakçılara donuz əti satıblar..."

Məlumatda qeyd olunub ki, dindarların daha çox olduğu bu iki şəhərdən sonra donuz ətini daha çox yeyən şəhərlər belə sıralanıb: Antalya, Muğla və Balıkesir!

Firudin Səfərli
MİA.AZ