İran Küveytin şimal bölgəsinə raket zərbəsi endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin sözçüsü Səud əl-Ətvan jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, raket havada zərərsizləşdirilsə də, parçaları yaşayış məntəqəsinə düşüb: “Bu səbəbdən yaralananlar var”.
Tahir Şəlvəli
MİA.AZ