İsrail ordusu Livanın cənubundakı Tir və Nəbatiyyə şəhərlərinə hava hücumları həyata keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə ümumilikdə 7 nəfər həlak olub, yaralananlar var.

Livan rəsmi agentliyi NNA-nın məlumatına görə, İsrail təyyarələri gecə saatlarında Tir bölgəsindəki Burc Rəhhal, Ərzun və Qanduriyyə şəhərlərini hədəfə alıb: “Burc Rəhhələ hücum nəticəsində üç nəfər, Nəbatiyyə bölgəsindəki Cənubi Aba, Səfəd Battih və Haris qəsəbələrində isə Cənubi Abaya bələdiyyə başçısı Məhəmməd Tarhin də aralarında olduğu 4 nəfər həyatla vidalaşıb, 20-dək yaralı var”.

Firudin Səfərli
MİA.AZ