Ağır yaralandığı deyilən İran yeni dini lideri Müctəba Xameneinin ilk dəfə hərbi əməliyyatlar mərkəzində görüntülənib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran administrasiyası videogörüntü yayıb.
Videogörüntüdə Müctəba Xameneini gizli yeraltı hərbi əməliyyatlar mərkəzini ziyarət edir. Videoda diqqətçəkən ən maraqlı məqam isə onun əməliyyatların koordinasıya olunduğu otaqda nəhəng ekranda İsraildəki Dimona nüvə obyektinin görüntüləri və koordinatları yer alması olub.
Dünya mediası və ekspertlər iddia edir ki, b görüntü İsrail və ABŞ-a növbəti hədəflə bağlı mesaj xarakterlidir: “Bu video sadəcə görüntülərin paylaşılması deyil, həm də psixoloji və strateji mesaj daşıyır. İsrailin əvvəllər İrandakı nüvə obyektlərinə hücumlar həyata keçirdiyi məlum olsa da, Tehran administrasiyası cavab verməyib. İndisə Dimonaya işarə olunmasını qisasa hazırlıq siqnalı kimi izah etmək olar”
Tahir Şəlvəli
MİA.AZ