Bu gün Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri  İbrahim Kalın Ankarada HƏMAS Siyasi Bürosunun Nümayəndə heyətinin rəhbəri Xəlil Hayye və onu müşayiət edən HƏMAS rəsmiləri ilə görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə İsrailin Qəzzada davam edən hücumları və humanitar böhran, həmçinin Qüdsdəki Əl-Əqsa məscidinə qadağalar müzakirə olunub.

HƏMAS nümayəndə heyəti Prezident Ərdoğana Qəzzaya dəstəyinə görə təşəkkür ediblər.

Firudin Səfərli
MİA.AZ