"Yuventus"un serbiyalı cinah oyunçusu Filip Kostic mövsüm sonunda klubdan ayrılacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İtaliya klubunun rəhbərliyi 33 yaşlı oyunçu iləmüqaviləni uzatmamaq qərarına gəlib.

Müqavilə bu il iyunun sonunda başa çatır və bundan sonra azad agent olacaq.

Xatırladaq ki, o,bu mövsüm bütün turnirlərdə 22 oyunda çıxış edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ