İranın ardıcıl cavab hücumları səbəbindən İsrailin paytaxtı Təl-Əvivdə yenidən alarm səsləri eşidilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu raketlərin İrandan atıldığını və hava hücumundan müdafiə sistemlərinin onları vurmağa çalışdığını bildirib.
İranın cavabından sonra İsrailin mərkəzində, xüsusən də paytaxt Təl-Əvivdə alarm səsləri eşidilib.
Bildirilib ki, Təl-Əviv səmasında çoxsaylı döyüş başlığı daşıyan ən azı bir raket görünüb və güclü partlayışlar eşidilib.
Firudin Səfərli
MİA.AZ