İsrail ordusu Livanın cənubuna yeni hücum başlatdığını açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Livanın cənubundakı Tir şəhəri və ətrafı üçün verilən təxliyə xəbərdarlığını xatırladan açıqlamada, Hizbullahı hədəf aldığı iddia edilən hücumların başladığı bildirilir.
İsrail ordusu Livanın cənubundakı Tir şəhər mərkəzi və ətraf əraziləri üçün təxliyə və hücum təhdidi elan etmişdi.
İsrail ordusunun sözçüsü Aviçay Adraee, təhlükə altında olan ərazilərdəki Livan sakinlərini evlərini tərk etməyə və Livan-İsrail sərhədindən təxminən 30 kilometr aralıda yerləşən Zehrani çayının şimalına getməyə çağırmışdı.
Tahir Şəlvəli
MİA.AZ