"Qalatasaray"ın baş məşqçisi Okan Buruk bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin İngiltərə təmsilçisi "Liverpul"la cavab oyunundan əvvəl açıqlamalar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təcrübəli baş məşqçi açıqlamalarında bunları deyib:
"Çempionlar Liqası səfərimizdə çətin dövrlər yaşadıq, amma çoxlu təcrübə qazandıq. Bu təcrübəni meydanda tətbiq etməliyik. Çox yaxşı bir komandaya qarşı oynayacağıq. Onlar ötən ilin Premyer Liqa çempionlarıdır və bu mövsüm ən böyük məqsədləri Çempionlar Liqasında uğur qazanmaqdır. Bu mövsüm onları iki dəfə məğlub etdik, amma onlar bizim meydançada idilər. İndi isə səfərdə oynayacağıq. Oyunçularıma böyük inamım var. İnanıram ki, əllərindən gələni edəcəklər. Biz yaxşı komandayıq. Növbəti mərhələyə yüksələrək buradan ayrılmağı xəyal edirəm. Ümid edirəm ki, bu arzumuza çatacağıq."
Fərid
MİA.AZ