Türkiyə Super Liqasında fevral ayının ən yaxşı futbolçusu seçilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş"ın cənubi koreyalı hücumçusu Hyon-qyu Oh azarkeşlər arasında keçirilən səsvermənin qalibi olaraq ayın oyunçusu seçilib.

Xatırladaq ki, 4 matçda 3 qol vuran və 1 məhsuldar ötürmə ilə yadda qalan Oh, Super Liqanın rəsmi hesabları tərəfindən ayın oyunçusu elan edilib.

Fərid

MİA.AZ