"Qalatasaray"ın müdafiəçisi Wilfried Singo İngiltərə nəhənglərinin radarına düşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Liverpul" ilə oyunda "Arsenal", "Mançester Yunayted" və "Aston Villa" klublarının rəsmi nümayəndələri tribunada olacaqlar.
Məlumata görə, Sinqonun Avropa arenasında nümayiş etdirdiyi stabil oyun onun Premyer Liqaya keçid ehtimalını xeyli gücləndirib.
Xatırladaq ki, mövsümün əvvəlində "Qalatasaray", Singonu 30 milyon avroya "Monako" klubundan transfer etmişdi.
Fərid
MİA.AZ