"İran bizimlə israrla danışıqlar aparmaq istəyir. Lakin hesab edirəm ki, onlar danışıqlara hələ hazır deyil".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Britaniyanın "Financial Times" qəzetinə açıqlamasında deyib.
O, növbəti dəfə İranın donanmasını, hava hücumundan müdafiə sistemlərini və hava qüvvələrini məhv etdiklərini təkrarlayıb: "Qısaca deyim ki, biz İranı məhv etdik".
Tramp Hörmüz boğazının İran tərəfinin qapatması barədə suala isə belə cavab verib: "Bu boğaz açıq qalmalıdır. Biz bu boğazın təhlükəsizliyi ilə bağlı 7 ölkə ilə danışıq aparırıq. Təbii, bu məsələdə Çin də kömək etməlidir".
Tramp Çin prezidenti Si Cinpinlə ayın sonuna planlaşdırılan görüşün təxirə salınacağını da istisna etməyib.
Firudin Səfərli
MİA.AZ