Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbərinə yeni müavin təyin olunub.
Mia.az qaynarinfo-ya istinadla xəbər verir ki, Fərman Qurbanlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.
Bununla bağlı nazir Rəşad İsmayılov müvafiq əmr imzalayıb.
Məlumatı saytımıza nazirliyin mətbuat katibi İradə İbrahimova təsdiqləyib.
Qeyd edək ki, F. Qurbanlı bu təyinata qədər Mənzil İnşaatı Dövlət Agentliyində aparat rəhbəri olub.
Mia.az=ən əldə etdiyi məlumata gərə, F.Qurbanlının bir müddət sonra bu nazirlikdə aparat rəhbəri təyinatı gözlənilir.
MİA.AZ