Bu gün az əvvəl İran İsrailə yeni nəsil raketləri fırladıb.

Mia.az xarici mətbuata istinadlıa xəbər verir ki, bu barədə İsrail ordusu paytaxt Tel-Əvivin yerli əhalisinə təcili xəbərdarlıq edib.

Xəbərdarlıqda hava müdafiə sistemlərinin aktivləşdirildiyi qeyd olunub: "Həyəcan siqnalı verilib, növbəti xəbərdarlığa qədər sıəğınacaqlardan çıxmayın".

İsrail mediası isə xəbərdarlıqdan  bir neçə dəqiqə sonra paytaxtın bəzi bölgələridə partlayış sədaları eşidildiyini yazıb

"Haaretz" yazır ki, raketlərdən biri paytaxtın mərkəzinə düşüb. Qəzet itki olub-olaması barədə xəbər verməyib.

"The Times of Israel" qəzeti isə iki fərqli bölgədə partlayış olduğunu yazıb: "Xəsarət alan olmayıb".

Firudin Səfərli

MİA.AZ