"Mənim İrana qarşı seçimim problemi diplomatiya yolu ilə həll etməkdir. Amma bir şey dəqiqdir: dünyanın bir nömrəli terrorizm sponsoru olan bu ölkə şeytanca nüvəyə sahiblənmək istəyir. Lakin onlara nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Konqresə müraciətində deyib.
Tramp 11 aylıq vəzifə dönəmində 8 müharibəyə son qoyduğunu iddia edib və Tehranla da problemi yoluna qoymağa çalışdığını deyib: "İran indi ABŞ-a çata biləcək, bizi vuracaq raketlər istehsal etməyə çalışır. Onların Avropa və xaricdəki bazalarımızı təhdid edə biləcək raketləri var. Onlara silah proqramlarını, xüsusən də nüvə silahlarını yenidən qurmamaq barədə xəbərdarlıq edilib. Buna baxmayaraq, onlar hər şeyi yenidən başlayırlar. Biz iranlılarla danışıqlarımızı davam etdiririk. Onlar razılaşmaq istəyirlər, amma hələ də "Bizim heç vaxt nüvə silahımız olmayacaq" vzi ortaya çıxmayıb"
İrandakı etirazlarda 32.000 insanın öldürüldüyünü iddia edən Tramp bildirib ki, yüzlərlə etirazçının edamının qarşısını almaq üçün müdaxilə edib.
Samir MUSAYEV
MİA.AZ