Gültəkin Hacıbəyli Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində ifadə verib.

Mia.az xəbər veirr ki, o, müstəntiqin suallarını cavablandırdıqdan sonra sərbəst buraxılıb.

***

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ramiz Mehdiyev və digərləri barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində əməliyyat tədbirləri həyata keçirilib.

İstintaq çərçivəsində G.Hacıbəylinin yaşadığı ünvanda axtarış aparılıb.

Sabiq deputat istintaq orqanına şahid qismində ifadə verməyə dəvət olunub.