Türkiyədə F-16 qəzaya düşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Balıkəsirdə baş verib.
Məlumata əsasən, Balıkəsir 9-cu Əsas Reaktiv Baza Komandanlığına məxsus F-16 təyyarəsi Bakı vaxtı ilə saat 01.50 radələrində qəzaya uğrayıb: "Qəzada pilot həlak olub".
Milli Müdafiə Nazirliyindən bildirilib ki, qəzanın səbəbi araşdırmalar nəticəsində müəyyən ediləcək.
Qəza ilə bağlı Balıkəsir Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb.
Firudin Səfərli
MİA.AZ