"Fənərbağça"nın əfsanəvi qapçısı Volkan Dəmirəl yeni komanda ilə anlaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bundan sonra Super Liqada çıxış edən "Gençlərbirliyi" komandasının baş məşqçisi olacaq.
Bu barədə məlumatı klubun mətbuat katibi Aykut Çakmaklı təsdiqləyib: "Bəli, Volkan Dəmirəllə baş məşqçi vəzifəsi üçün prinsipial razılığa gəldik. O, Ankaraya gəlir".
Fərid ASLAN
MİA.AZ