"Liverpul" matçından sonra komandanı gözləmədən əvvəlcə meydanı, daha sonra isə Türkiyəni tərk edən "Qalatasaray"ın argentinalı hücumçu komandadan ayrılmağa qərar verib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, onun icazəsiz belə davranışı klubda böyük narazılıq yaradıb.

Məlumata görə, davranışı ilə qıcıq yaradan Mauro İkardi sosial media hesabında İtaliyanın Milan şəhərində sevgilisinin ad günü məclisində görülməsi isə azarkeşləri qəzəbləndirib.

Məlumata görə, 33 yaşlı hücumçunun bu saymazlığı "Qalatasaray" klubu rəhbərliyinin onunla vidalaşmaq qərarına gəlməsi ilə nəticələnib: "Onun artıq komandada qalmayacağı yəqinləşib".

FƏRİD ASLAN

MİA.AZ