"ABŞ-ın ölkəmizə hərbi hücum hazırladığı iddiaları var. Biz bu cür xəbərləri diqqətlə izləyirik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bugünki mətbuat konfransında deyib.
O, ABŞ-ın mümkün hərbi müdaxiləsi barədə suala cavabda bildirib ki, ölkəyə hücum olsa, bu, cavabsız qalmayacaq: "İran həm öz güclü imkanlarına, həm də iyundakı ABŞ-İsrialin 12 günlük birgə hücumu da daxil olmaqla, keçmiş təcrübəyə malikdir. Biz daha güclü mövqedəyik. Biz müharibəyə hazırıq və bir an olsun təhdidlərə qarşı hazırlığımızı və ayıqlığımızı dayandırmırıq. İran istənilən hücuma daha əhatəli və çox sərt cavab verəcək. Əks zərbələrimiz o qədər güclü olacaq ki, onlar təəssüflənməli olacaq"
XİN rəsmisi ABŞ-ın regionda hərbi mövcudluğuu arıtmasını və təhdidlərini beynəlxalq hüquqa zidd sayıb: "Regiona əlavə hərbi gəmilərin yerləşdirilməsi İranın öz varlığını müdafiə etmək iradəsində və qətiyyətində ən kiçik bir zəiflik yaratmayacaq. Əksinə, bu, bizi daha ayıq olmağa məcbur edəcək"
XİN rəsmisi qeyd edib ki, hazırda İran keçmişdə olduğu kimi hibrid müharibə ilə üz- üzədir: "Son bir neçə ayda ABŞ və sionist rejimdən qaynaqlanan iddialar və ya təhdidlərlə qarşılaşırıq. Regional ölkələr bölgədəki hər hansı bir təhlükəsizlik probleminin yalnız İranı hədəf almadığını bilirlər. Buna görə də regional ölkələr arasında ortaq bir narahatlıq var."
Tahir Şəlvəli
MİA.AZ