ABŞ Tel-Əviv hökumətinə İrana hücumlarla bağlı konkret müddət qoyub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı məlumatı "Israel Hayom" qəzeti yazıb.

Qəzetin məlumatına görə, ABŞ-İsrail cütlüyünün İrana hücumları bir həftəyə yekunlaşacaq: "ABŞ İrana hücumda məqsədə nail olduğunu düşünür. Lakin İsrail fərqli yanaşır. Həm də ABŞ artıq İranda rejim dəyişikliyi gözləmir. Bu səbəbdən ABŞ Tel-Əviv hökumətinə maksimum bir həftəlik hücum imkanı tanıyıb. İsrail bu müddətdən sonra hücumu dayandırmalıdır"

Qəzet İsraill rəsmilərinə istinadla bildirir ki, bütün hallarda bir həftəlik müddətdə İrana qurudan müdaxilə olunmayacaq.

Məlumatda o da deyilir ki, Hörmüz boğazının qapanması və İranın Yaxın Şərqdəki neft ölkələrini vurmasından sonra artan yanacaq qiymətləri də ABŞ-ı dayanmağa məcbur edib.

Samir MUSAYEV

MİA.AZ