"Qalatasaray"ın hücumçusu Viktor Osimhen formasını geyindiyi Nigeriya millisi bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsində tarixi qələbəyə imza atıb.

Mia.az xəbər verir ki, saat 20.00-da Benin yığması ilə doğma meydannda  son "döyüşü"nə çıxan Nigeriya millisi Osimhenin vurduğu qollarla pley-offa vəsiqə qazanıb - 4:0.

Qeyd edək ki, bu 4 qoldan 3-nü Osimhen vurub (3,37 və 51-ci dəqiqələrdə)

Bu qəəbə sayəsində top fərqiylə 17 xalla 2-ci pilləyə yüklsələn Nigeriya DŞ-2026-ya doğru inamlı addım atıb.

Xatırladaq ki, bu qrupa 18 xalla CAR liderlik edir və 18 xalla yarışa birbaşa vəsiqə əldə edib.

Fərid
MİA.AZ