Bu gün dünya çempionatının Avropa seçmə mərhələsinin E qrupunun dördüncü matçında Türkiyə ilə qarşılaşacaq Gürcüstan millisinin baş məşqçisi Villi Sanol oyunla bağlı mətbuat konfransı keçirib.
Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, o, səfər matçına müdafiə üçün deyil, hücum - qələbə üçün gəldiklərini açıq bəyan edib.
Sanol bildirib ki, hədəfləri və matçla bağlı gözləntiləri çox yüksəkdir: "Biz bunu bu oyunda sübut edəcəyik. Biz bura yalnız və yalnız qələbə üçün gəlmişik. Bu matç böyük matç olacaq və uğur qazanacağımıza inanıram. Xəyal qurmuruq. Hədəfimiz və gözləntilərimiz böyükdür".
Fərid ASLAN
MİA.AZ