"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Konyaspor"a 3-1 hesablı qələbə ilə bağlı keçirdiyi mətbuat konfransında Çempionlar Liqasındakı rüsvayçı məğlubiyyətdən yenidən söz açıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, yerli liqa ilə Avropadakı oyunların fərqli olduğunu təkrarlayıb.

Okan Buruk bildirib ki, hərçənd ilk turda alman komandasına 5-1 hesablı uduzmalarına görə özlərini bağışlaya bilmir: "Süper Liqada qalib olmağın normal olduğu fikri ilə razılaşmıram. Hər komanda bunun üçün çalışır və bu, böyük transferlərlə əldə edilir. Bu, xüsusilə, hər mövsümün əvvəlində transferlər edən dörd böyük komanda üçün dəyişməz aksiomadır. Fərqli məşqçilər gəlir-gedir. Çempion olmaq vacibdir. Siz qazandıqca bunu normal hala gətirirsiniz. Amma buna baxmayaraq, Avropadakı uğursuzluğu obyektiv olaraq qiymətləndirmək lazımdı. Düzdür, gözləntilər bizdən çox böyükdür. Bunu da biz yaratmşıq. İlk oyundakı acı məğlubiyyəti unutmayacağıq, özümüzü də buna görə bağışlamayacağıq. Lakin yenidən ayağa qalxmaq məcburiyyətindəyik".

Fərid Əhmədov
MİA.AZ