İtaliya Kubokunun 32-ci turunda "Kalyari" "Frozinone"ni 4-1, "Udineze" isə "Palermonu" 2:1 hesabı ilə məğlub edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bununla da hər iki komanda növbəti tura vəsiqə qazanıblar.

Yeri gəlmişkən, "Kalyari"nin heyətində oyuna başlayan Türkiyə millisinin futbolçusu Semih Kılıçsoy 46-cı dəqiqədə əvəzlənib.

"Udineze"nin matçdakı ilk qoluna isə "Qalatasaray"dan icarəyə götürülən Zaniolo vurub.

Fərid ASLAN
MİA.AZ