Bu gün Çempionlar Liqasının əsas mərhələsində I turunda  "Qalatasaray" səfərdə Almaniya komandası “Ayntraxt” ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, saat 23.00-da başlayan oyunun 7-ci dəqiqəsində "Qalatasaray” hesabı açıb.

Yunis Akgün Sanenin ötürüməsini qola çevirib - 0:1.

36-cı dəqiqədə ev sahibləri bərabərlik qolunu vurub - 1:1

42-ci dəqiqədə Barış Yılmazın vurduğu qolu hakim qayda pozuntusu səbəbiylə qeydə almayıb.

45+2-də almanlar önə keçiblər - 2:1

45+5-də almanlar daha bir qol vurub. VAR yoxlamasından sonra mübahisəli qol qeydə alınıb - 3:1

57-ci dəqiqədə "Qalatasaray" dəyişiklik edib. Argentinal hücumçu İkardi Leminanın yerinə meydana daxil olub.

69-da almanlar daha bir qola imza atıb - 4:1

75-də ev sahibləri növbəti dəfə "Qalatasaray"ın qapı torunu silkələyib - 5:1

Oyun bu hesabla başa çatıb.

Fərid 

MİA.AZ