Türkiyənin mşhur sabiq futbolçularından olan Yusuf Şimşək TFF 3-cü Liqasının 4-cü Qrupunda mübarizə aparan "Altay" komandasına Baş məşqçisi təyin olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə bir vaxtlar super liqada fırtına əsdirən "Altay" klubu açıqlama yayıb.
Açıqlamada deyilir ki, təcrübəli mütəxəssis klub rəhbəri Sinan Kanlı ilə görüşüb və razılaşıb.
Beləiklə, Ramazan Kurşunlunu əvəzləyən Şimşək 3 liqa matçında 1 xal qazanan İzmir komandasının sükanı arxasına keçib.
Ounla müqavilənin müddəti və maliyyə tərəfləri açıqlanmayıb.
Fərid
MİA.AZ