“Milli Məclisin üzvlərinin və əməkdaşlarının daxil olduğu həmkarlar ittifaqının üzvü olmuşam, indi də üzvüyəm. Bütün deputatlar pensiyaya çıxandan sonra həmkarlar ittifaqının üzvü olurlar. Milli Məclisdə 500-dən yuxarı əməkdaş çalışır. Deputatlar da onlarla birgə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK-red) üzvlük haqqı ödəyirlər”.

Mia.az xəbər verirt ki, bunu Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli bildirib.

T.Kərimlinin sözlərinə görə, üzvlük haqqı ödəyən hər kəs həmkarlar ittifaqına müraciət edə, faydalana bilər: “Heç kimə dəxli yoxdur ki, biz hər il göndəriş almışıq, ya almamışıq. Bütün həyatım boyu - 70 illik ömrümdə göndərişlərdən cəmi dörd dəfə faydalanmışam. Hərşeyşünaslar başları çıxdı-çıxmadı, hər şeydən danışırlar, populist fikirlər irəli sürürlər. Belə insanlara cavab verməyə dəyməz. Mənim müraciətim əsasında hər hansı qanunsuzluq halı bəlli deyil. Belə hal varsa, deyin”.

Xatırladaq ki, Ali Məhkəmənin sabiq sədri və keçmiş deputat T.Kərimli bir ümddət əvvəl AHİK-dəki neqativ halla baölı açıqlama verib. Bundan sonra AHİK azı 20 saytda ona "hücum" təşkil etdiirb.

MİA.AZ