Türkiyədə "Antalyaspor"un baş məşqçisi postiunda gözlənilən uğuru qazana bilmədiyi üçün istefaya göndərilən "Fənərbağça"nın sabiq oyunçusu Aleks de Souza Braziliyanın İkinci Liqasında çıxış edən "Operario"nun başına keçsə də, burada da uğursuzluqla üzləşib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun sükanı arxasında olduğu "Operario" ilk beş matçda yalnız bir qələbə qazanıb. 

Məlumata görə, Aleks de Souzanın komandası iki bərabərliklə yanaşı, iki məğlubiyyət qazanaraq, hədəfindən uzaq oyun sərgiləyib.

Xəbərdə deyilir ki, bu nəticələrdən sonra o, Braziliya mətbuatının tənqidinə hədəfinə çevrilib.

Zülfiyyə Mustafayeva
MİA.AZ