Superliqa komandalarından olan "Konyaspor" cənubi koreyalı futbolçu Jin-ho Jonu heyətinə qatıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yaşıl-ağ klubdan verilən açıqlamada yarımmüdafiədə çıxış edən 22 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalandığı bildirilib.
Cənubi Koreyalı futbolçu “Fənərbağça” ilə həvəskar, daha sonra peşəkar müqavilə imzalayıb, daha sonra “Novi Pazar” və “Radniçki” klublarında çıxış edib.