"Bir həftədir Şengen ölkələri aeroportlarda çox ciddi, amansız yoxlamalara başlayıblar. Aİ, Yaponiya və Anqlosakson ittifaq ölkələrindən başqa bütün ölkələrdən gələnlərə tətbiq edilir bu sərtlik. Dəhşətli yoxlamalar. "Pasportkontrol"da dönüş biletinə qədər yoxlayırlar. Tur şirkətin verdiyi PDF yox ha; Biletin PNR kodunu aviaşirkətin saytında yazıb yoxlayırlar".
Mia.az xəbər verir ki, bu məlumatı turizm fəaliyyəti ilə məşğul olan İlkin Rüstəmzadə sosial media hesabında yazıb.
O, daha sonra bu yoxlamanın saatlarla çəkdiyini bildirib: "Özü də təkgirişli vizası olanları falan yox ha. Nə bilim 15 dənə vizası olan, aktiv US, UK vizaları olan, 2 illik multi şengen vizayla səyahət edən adamları saatlarla saxlayıb yoxlayırlar. Son 1 həftədə azı 4 müştərim buna bənzər hal yaşayıb, Frankfurt, Berlin, Lissabon və Roma aeroportlarında.
Avropa artıq miqrantlara qarşı qılıncını itiləyib və hansısa özünü apara bilməyən 3-cü dünya ölkələrindən qaçıb getdiyi yerdə şıllaq atan yaramazlara görə, Avropa 2-ci faşizm dalğasına başlayır.
Ümid edirəm bu baş verənlərdən bizim həmvətənlərimiz təsirlənməz. Qalanlarının canı cəhənnəmə".
Samir
MİA.AZ