Oğuzda bədbəxt hadisə nəticəsində Qəbələ sakini ölüb.

Məlumata görə, hadisə rayonun Xalxal kəndində, meşə ərazisində qeydə alınıb.

Qəbələ rayonu Abrıx kənd sakini, 1991-ci il təvəllüdlü Elnur Şümüd oğlu Mustafayev meşəlik ərazidə üzərinə ağac düşməsi nəticəsində ölüb(Report).

Faktla bağlı araşdırma aparılır.