Osimhen transferi yekunlaşdıqdan sonra "Qalatasaray"ın diqqəti qapıçı mövqeyinin gücləndirilməsinə yönələcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubunun əsas istəyi "İnter"in qolkiperi Yann Sommerdir. Onun "Qalatasaray"a keçməyə razı olduğu bildirilir.
Əgər keçid alınarsa, ona 2 illik müqavilə və illik 8 milyon avro maaş ödəniləcək.
Sarı-qırmızılıların hədəfindəki digər qapçı isə Mark Andre Ter Ştegendir.
“Qalatasaray”ın digər hədəfi “Bernli”nin gənc qapıçısı Ceyms Trafforddur.
İngiltərə mətbuatı isə yazır ki, Premyer Liqaya yüksələn "Bernli" 22 yaşlı qapıçını satmaq fikrində deyil.
Fərid
MİA.AZ