"City Net" internet provayderi şirkəti "Jurnalistlərin binası"nda daha bir abunəçini aldadıb.
Bu barədə Mia.az-a aldadılan sakin bildirib ki, bir ay əvvəl evinə bu şirkətin TV xəttini çəkdirib: "Bizə də dedilər ki, kampaniya var, növbəti ay ödəməyəcəksiniz. Üçüncü aydan isə aylıq təxminən 10 manat ödəniş olacaq. Lakin ay bitən kimi bizə ödənişlə bağlı SMS gəldi. Dərhal mənzilə xətti çəkən məsul şəxslərlə əlaqə saxladıq. Gah dedilər bizlik deyil, gah da şirkəti ittiham elədilər. Şirkətin qaynar xəttindən isə lap "gül vurdular". Dedilər ki, daha 10 manat deyil, 12 manat neçə qəpiksə ödəniş etməliyik. Biz də belə hərdəm-xəyal şirkətlə uzun yol gedə biləcəyimizi zənn etmədik deyə xidmətdən imtina elədik".
Xatırladaq ki, CityNet şirkəti Jurnalistlərin ikinci binası kimi tanınan və Səbail rayonu Yeni Salyan şossesi 22-də yerləşən binada bu cür xeyli sakinə fırıldaq gəlib: "Hətta elə sakin olub ki, iki ay ötsə də, müqaviləsini belə verməyiblər. Bu səbəbdən üçüncü ay xidmətdən imtina etmək məcburiyyətində qaldı...
Bu barədə şikayətlərə isə şirkət tərəfindən cavab verilmir, ya da elə gülünc cavab verilir ki, izah tapmaq mümkünsüzdür. Bir sözlə, suçlu necə qaçıb gizlənirsə, bunlar da elə edirlər. Belə getsə, qısa zamanda bu internet provayderini burada abunəçisi qalmayacaq".
Mövzuya qayıdacağıq.
F.ƏHMƏD
MİA.AZ