Ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirən Viktor Osimhenin İstanbul transferi müsbət sonluqla bitmək üzrədir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray"ın hücumçu üçün "Napoli"yə 75 milyon avronu 5 hissə şəklində ödəmə təklif qəbul edilib.
Məlumata görə, tezliklə, transferlə bağlı rəsmi xəbər yayılacaq.
Xatırladaq ki, Osimhen ötən mövsüm cəmi 41 oyuna çıxaraq 37 qol atıb, 8 məhsuldar ötürmə etmişdi.
Fərid
MİA.AZ