Azərbaycanda idman jurnalistləri arasında futbol yarışması keçiriləcək.

Mia.az xəbər verir ki, turnirdə Peşəkar Futbol Liqasında 2024-2025-ci il mövsümü üçün akkreditasiyadan keçmiş idman jurnalistləri iştirak edəcək.

Turnirin təşkilatçısı “Qarabağ” Futbol Klubudur (FK). Yarış Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunur. Oyunlar iyulun 17-18-də baş tutacaq. Hər komandada minimum 10, maksimum 12 oyunçu yer alacaq. Jurnalistlər turnir üçün öz heyətini və kapitanını formalaşdırandan sonra komandanın kapitanı öz siyahısını kluba göndərməlidi. İyulun 12-dək müraciətlər qəbul olunacaq.

Turnirin matçları oyunlarınınTofiq Bəhramov adına Respublika stadionunun məşq meydanında keçirilməsi nəzərdə tutulur. Yarışın keçirilmə formatı komandaların sayı dəqiqləşdikdən sonra bəlli olacaq. 
Qeyd edək ki, turnir barədə əlavə məlumatın verilməsi gözlənilir.

Zülfiyyə Mustafayeva

MİA.AZ