Azərbaycanda iyulun 8-9-da əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.
Mia.az xəbər verir ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.